Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTO

18:57 - 2 May 2024 - Cəmiyyət

Bakcell-in Baş İcraçı direktoru, Klaus Mueller Azərbaycanın ilk qadınlar arasında Avropa çempionu şahmatçısı Ülviyyə Fətəliyevanı möhtəşəm qələbə münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, Bakcell-in baş ofisində keçən görüşdə qrossmeyster Ülviyyə Fətəliyevaya qızıl Bakcell nömrəsi və 1 illik balans hədiyyə edilib və son model smartfon təqdim olunub. Şahmatçımızın qələbəsinin bütün Azərbaycanı qürurlandırdığını bildirən Bakcell Baş İcraçı Direktoru Ülviyyə Fətəliyevaya karyerasında uğurlarının daimi olmasını diləyib.

Görüş zamanı Bakcell-in yeni brend kimliyindən danışan Klaus Mueller bildirib ki, loqodakı 5 dinamik fiqur gələcəyə yol açan bir ulduz yaradır. Bu ulduz insanları, məkanları və dəyərli anları bir-birinə bağlayır və çempion şahmatçımızın bugünkü qələbəsi məhz belə anlardandır.


Xəbər xətti