Kolumbiya diplomatik personalını İsraildən çıxarır

12:15 - 2 May 2024 - DÜNYA

Yəhudi dövlətinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat fonunda Kolumbiyanın diplomatik personalı İsraillə diplomatik əlaqələri kəsdikdən sonra vətənə qayıdacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kolumbiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İsrail və Fələstindəki Kolumbiya vətəndaşları Tel-Əvivdəki səfirliyin konsulluq şöbəsindən lazımi yardım və xidmətləri almağa davam edəcəklər.

Çərşənbə günü Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyini vəd edib. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, prezidentin elan etdiyi tədbirin miqyası barədə İsrail tərəfi rəsmi kanallar vasitəsilə məlumatlandırılacaq.

Xəbər xətti