Türkiyədən Azərbaycana gətirilən 720 kq pendirdə bakteriya aşkarlanıb

11:40 - 2 May 2024 - Xəbər

Türkiyədən Azərbaycana gətirilən pendir yararsız çıxıb.

Ucnoqta.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, "Z.N.Y" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında “E.coli” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.


Xəbər xətti