Küləkli hava nə vaxta qədər davam edəcək?

08:23 - 2 May 2024 - ÖLKƏ İÇİ

Mayın 02-si saat 08:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 mertdir.
Müşahidə olunan küləkli hava şəraitinin mayın 03-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Xəbər xətti