Ermənistan polisi Kirants kəndində əməliyyat keçirir

08:12 - 2 May 2024 - Xəbər

Ermənistan polisi hazırda Kirants kəndində əməliyyat keçirir.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, polis qüvvələri kəndin girişlərini bağlayıb.

Bildirilir ki, çox sayda polis kəndə daxil olub. Minaların təmizlənməsinə mane olan kənd sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Ermənistan-a verilən məlumata görə, 31 vətəndaş Tavuş rayon polis bölməsinə aparılıb.

Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, Kirants sakinləri Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün Azərbaycana qaytarılmasına etiraz edirlər.

Xəbər xətti