Azad edilən ərazilərdə ötən ay 332 mina aşkarlanıb

17:39 - 1 May 2024 - ÖLKƏ İÇİ

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aprel ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 141 piyada əleyhinə mina, 191 tank əleyhinə mina, 2502 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6038.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti