Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib

15:10 - 28 Aprel 2024 - İDMAN

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirib.

Yığma Tacikistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb - 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan komandamız qələbəyə sevinib.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.

Xəbər xətti