Ana səhifə
24 May 2018

“Bakıdakı qızıl medal Olimpiya medalından daha dəyərlidir”

Boks üzrə milli komandamızın üzvü, 1/4 finala vəsiqə qazanan Tayfur Əliyevin “Qafqazinfo”ya müsahibəsi

 

 

- Görüşünüz necə keçdi?

 

- Qələbə qazanmaq yaxşıdır. Amma daha yaxşı çıxış edə bilərdim. Düşünürdüm ki, qələbə qazanacam. Bunu bacardım və sevinirəm. Bu yarışda qızıl medal qazanmaq ən böyük arzumdur.

 

- Rəqibin haqqında fikirlərin necədir? O, hakimlərdən narazı qaldı?

 

- Rəqib gördü ki, qaşımdan zədə almışam. Ona görə istədi ki, hakimlərə təsir eləsin. Bu boksda çox vaxt baş verir. Ona görə də belə hərəkət etdi.

 

- Rəqibləriniz arasında ən güclülər kimlərdir?

 

- Onların bəzilərini tanıyıram. Gənclər arasında onlarla qarşılaşmışam. Bu boksçular arasındakı ən güclü fransız idmançıdır. Amma onu da sonuncu dəfə “İpək yolu” turnirində məğlub etmişəm. Amma istənilən halda onunla görüşsək, çox çətin olacaq.

 

- Boks komandamızdan nə qədər medal gözləyirsiz?

 

- Azərbaycan idmanı inkişaf edir. İstərdim ki, boks yarışlarında 10 medalın hamısını qazanaq. Boksda ən güclü olduğumuzu sübut edək. Bizim idmançılar güclüdür və problem olmasa, onlar medal qazanacaqlar.

 

- Avropa Oyunlarında qızıl medal qazansanız, bu, sizin üçün nə qədər dəyərli olacaq?

 

- Təbii ki, qızıl medalın əhəmiyyəti böyükdür. Mən Naxçıvandan bura gəlmişəm. Orda hər kəs məndən qızıl medal gözləyir. Birinci olsam, çox sevinəcəm. Burdakı qızıl medal Olimpiya medalından daha dəyərli olacaq mənim üçün.

 

- Burdakı uğur sənə nə qazandıracaq?

 

- Ən çox təcrübə qazandıracaq. Gələn il keçiriləcək Rio-de-Janeyro olimpiadasına çıxmaq üçün köməklik edəcək. Qarşıda dünya çempionatı da var. Orada hazırlaşmaq lazımdır.

 

- Teymur Məmmədov uzun müddətdir ki, yaxşı çıxış etmir. Ondan nə gözləyirsiz?

 

- Təcrübəli boksçumuzdur və ancaq qızıl medal gözləyirəm. Ən çox Məhəmmədrəsul Məcidovdan da uğur gözləyirəm.

 

- Alnınızdakı zədə ciddidir?

 

- Yox, ciddi bir şey yoxdur. Həkimlər də yoxladı və hər şey qaydasındadır.

Tarix
19 İyun 2015 [18:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin