Ana səhifə
16 Noyabr 2018

Nalbandiyanın fırıldağı

O, Parisə konstruktiv əhval-ruhiyyədə yola düşəcəklərini deyib

 

 

"Əvvəllər rəsmi Bakının tutduğu mövqeyi "bir addım irəli, iki addım geri" adlandırmaq olardı, amm indi bunu "irəliyə bir addım da olmadan bir neçə addım geriyə" kimi qiymətləndirmək olar." Bunu jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyan bildirib.

 

Ucnoqta.az” xəbər verir ki, ANS PRESS-in məlumatına görə o, növbəti dəfə "hümanist"lik edərək, yaltaqlıq siyəsətini işə salıb, oktyabrın sonunda Parisdə Fransa, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü haqqında danışıb, Prezident F.Olandın bu təşəbbüsünü yüksək qiymətləndirib: "Bu, son üç ayda həmsədr ölkələr tərəfindən təşkil edilmiş 3-cü yüksək səviyyəli görüş olacaq. Bu, həmsədrlərin qətiyyətini, birgə aktiv səylərinin davam etməsini göstərir, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə yönəldilib."

 

E.Nalbandyan münaqişənin həllində nəticənin olmamasında dolayı yolla yenə də Azərbaycanı günahlandırıb: "İrəliləyişin olmamasında hər şey hamıya məlumdur. Bunun səbəbkarı Dağlıq Qarabağ deyil, Ermənistan deyil, ATƏT-in Minsk qrupunun həmsədrləri də deyil."

 

Erməni XİN başçısı sonda deyib: "Paris görüşünün gedişatında Azərbaycanı konstruktiv mövqe nümayiş etdirməyi nə qədər bacarsaq, bunu vaxt göstərəcək. Amma hər halda Ermənistan, həmişəki kimi, konstruktiv mövqeyə köklənib: "Biz həmişə həmsədrlərin yüksək səviyyədə görüşlərin təşkilinə yönəldilmiş bütün təşəbbüsləri müsbət reaksiya veririk. Biz konstruktiv əhval-ruhiyyədə Parisə görüşə yola düşəcəyik."

 

Çox gülməli və "görünüşü xoş" açıqlamadır. Bu yerdə deyərlər: "Oğru elə bağırdı, doğrunun bağrı çatladı." Təbii ki, o, bu sözü ilə Ermənistanın sülhə hazır olmadığını, əsl günahkarın elə adını çəkdiyi "üçlük" olduğunu göstərib. Yəni bu "üçlük" bir cəbhədə birləşib Azərbaycana təsir göstərməyə çalışır.

 

Paris görüşü ərəfəsində erməni nazirinin belə cılız çıxışının məqsədi hamıya aydındır, o, səs-küy salmaqla indidən özünü "sığortalayır", narazı erməni ictimaiyyətinə Dağlıq Qarabağın Azərbaycana qaytarılması prosesindən kənar qaldığını, özünü qərbpərəst olmasını göstərir. Çünki Rusiya Qarabağ probleminin həlli üçün düyməni basıb və bu, qərbpərəst qüvvələri narahat edir.

 

Gələn həftənin əvvəlində ermənilərin konstruktiv mövqeyə necə kökləndiyinin və Nalbandiyanın fırıldağının bir daha şahidi olacağıq...

Tarix
23 Oktyabr 2014 [10:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin