Xavi "Barselona" prezidenti ilə görüşdü - fikrini dəyişdi

00:26 - 25 Aprel 2024 - İDMAN

"Barselona"nın baş məşqçisi Xavi 2023/24 mövsümü başa çatdıqdan sonra İspaniya komandasını tərk etməmək qərarına gəlib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.

Məlumata görə, aprelin 24-də “Barselona”nın baş məşqçisi Joan Laporta ilə görüş keçirib və bu görüşdə klub prezidenti ondan klubu tərk etməməyi qətiyyətlə istəyib. Görüşdən sonra Xavi "Barselona"nın şərtlərini qəbul edib işləməyə davam etmək qərarına gəlib. Qərar bu yaxınlarda rəsmi olaraq açıqlanacaq.

Xavinin "Barselona" ilə müqaviləsi 2025-ci ilə qədərdir.

Xəbər xətti