Ana səhifə
14 Noyabr 2018

İran Xəzər sahili boyunca xətt tikəcək

Ucnoqta.az” xəbərinə görə, İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir yol İdarəsinin baş direktoru Möhsün Purseyid Ağayi Trend-ə deyib ki, "Xəzər sahili boyunca dairəvi dəmiryolun təkmilləşdirilməsi məqsədi ilə ölkə daxilində yeni dəmiryol xəttinin tikintisi məsələsini araşdırırıq".

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində Xəzər sahili boyunca dairəvi dəmiryol xəttinin çəkilməsi təklifini irəli sürmüşdi. V.Putinin fikrincə, bu dəmiryol əsas Xəzər limanlarını birləşdirməklə yanaşı, yükdaşımaları daha az vaxtda və daha ucuz qiymətə reallaşdırmağa, Xəzər ölkələrinin iqtisadiyyatının rəqabətə davamlılığını artırmağa imkan verəcək.

 

M.Purseyid Ağayi bildirib ki, hazırda İran ərazisində Xəzər sahili boyunca dairəvi dəmiryolun təkmilləşdirilməsi üçün Xəzərin qərbində Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu xətti tikilir: “Bu xəttin tikintisi bizim üçün prioritetdir və tezliklə təkmilləşməlidir. Bundan başqa, Xəzərin şərqində İran-Türkmənistan-Qazaxıstan dəmiryolu xəttinin tikintisi başa çatıb və cari ilin dekabr ayında artıq bu xəttin rəsmi açılışı olacaq”.

 

O, qeyd edib ki, İran ərazisində dairəvi dəmiryol xəttinin təkmilləşdirilməsi məqsədi ilə Rəşt şəhərindən Sari şəhərinə yeni dəmiryol xəttinin çəkilməsi planlaşdırılır: “Həştərxan sammitindən sonra Rəşt-Sari dəmiryolunun inşası ilə bağlı dəyərləndirmə və araşdırma işlərinin aparılmasına başlamışıq. Əgər texniki dəyərləndirmənin cavabı müsbət olarsa, biz bu yeni dəmiryol xəttinin tikintisinə başlayacağıq. Beləliklə də ölkə ərazisində dairəvi dəmiryol xəttinin itmiş halqası birləşəcək”.

Tarix
23 Oktyabr 2014 [10:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin