“Qarabağ”ın oyununa biletlər satışa çıxarılır

10:40 - 23 Aprel 2024 - İDMAN

Azərbaycan kubokunun yarımfinal mərhələsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Ucnoqta.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Azərbaycan Kuboku

 1/2 final, cavab oyunu

“Qarabağ” – “Neftçi”

24 aprel, 20:00

Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti