Moskvada məhkəmə dayanacaq mübahisəsinə görə qətl törətməkdə təqsirləndirilən şəxsi həbs edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Moskvanın Zamoskvoretski Məhkəməsi Şahin Abbasovu parkinq mübahisəsinə görə qətl ittihamı ilə həbs edib.
“Abbasov Şahin barəsində iyunun 18-dək 1 ay 29 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilsin”, - deyə hakim qərardad elan edib.
Məhkəmənin hökmü hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya instansiyasına şikayət verilə bilər.
Vəkillər Abbasovun ev dustaqlığına buraxılmasını istəyiblər.