Xavi fikrini dəyişdi - "Barselona"da qalır

15:26 - 22 Aprel 2024 - İDMAN

"Barselona"nın baş məşqçisi Xavi mövsümün sonunda klubdan getmək barədə qərarını dəyişib və 2025-ci ilə qədər komandada qalmağa hazırdır.

Ucnoqta.az xəbər evrir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, mütəxəssis yaxın vaxtlarda klub prezidenti Joan Laporta və idman direktoru Deko ilə görüş keçirərək əməkdaşlığın mümkün davam etdirilməsi ilə bağlı müzakirələr aparacaq. Onun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

Xəbər xətti