Çeçenistanda saxlanılan generalla bağlı AÇIQLAMA - VİDEO

14:50 - 22 Aprel 2024 - Xəbər

Çeçenistanın fövqəladə hallar naziri Əlixan Tsakaevin cipi qarşıdan gələn zolağa çıxıb və onlar onu saxlamaq istəyəndə Tsakaev polis əməkdaşlarına hücum edib.

Ucnoqta.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi general-mayor Əlixan Tsakaevlə bağlı qalmaqalın araşdırılması barədə məlumat yayıb  Məlumata görə, aprelin 14-də Cakayevin cipi qarşıdan gələn zolağa çıxıb, hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Cakayev müfəttişlərin dayanmaq tələblərinə cavab verməyib və qaçmağa cəhd edib. Çeçenistanın fövqəladə hallar nazirinin avtomobili məcburi saxlanılan zaman Cakayev polisə bir neçə zərbə endirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yoxlamanın nəticələri İstintaq Komitəsinə göndəriləcək və hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Cakaevin saxlanmasının təxribat olduğunu deyib.

Xəbər xətti