Qəzaya uğrayan bombardmançı təyyarənin qara qutuları tapılıb

13:04 - 22 Aprel 2024 - DÜNYA

Aprelin 19-da Stavropol vilayətində qəzaya uğrayan T-22M3 uzaqmənzilli bombardmançı təyyarənin qara qutuları aşkarlanıb.

Ucnoqta.az xəbər veri ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Təyyarənin qəzaya uğradığı yerdə qara qutular - parametrik və səs yazanları aşkar edilib", - deyə agentliyin həmsöhbəti bildirib.

O əlavə edib ki, qəzaya uğrayan təyyarənin dördüncü ekipaj üzvünün axtarışları hələlik uğurlu olmayıb. 

Xəbər xətti