Neftin qiyməti ucuzlaşıb

11:18 - 22 Aprel 2024 - İQTİSADİYYAT

Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 2024-cü il martın 28-dən bəri ilk dəfə 86 dollar/bareldən aşağı düşüb.

Ucnoqta.az birja məlumatlarına istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti 1,15% azalaraq 1 barelə görə 85,96 dollar təşkil edib.

Eyni zamanda, WTI markalı xam neftin iyun fyuçersləri 0,86% dəyər itirərək bir barel üçün 80,87 dollara düşüb.

Xəbər xətti