Populyar pəhrizdə infarkt riski

07:14 - 22 Aprel 2024 - Xəbər

Amerikada aparılan bir araşdırma, günümüzün ən populyar diyetlərindən biri olan 16/8 fasiləli qidalanmanın ürək xəstəlikləri riskini 91 faiz artırdığını ortaya çıxarıb.

Ucnoqta.az xəbər verir ki, araşdırmada 20 min adam müayinə edildi.

Kardiologiya mütəxəssisi dr. Beytullah Çakal məşhur inancın əksinə olaraq, yeni bir araşdırmanın nəticələrinə görə, fasilələrlə qidalanmanın ürək-damar xəstəliklərini artırdığını açıqlayıb. Gündəlik yemək vaxtının gündə 8 saatlıq qısa müddətlə məhdudlaşdığını vurğulayan bu pəhriz, arıqlamaq və ürək sağlamlığını yaxşılaşdırmaq üçün son illərdə populyarlıq qazanan bir pəhrizdir.

 "Fasiləli qidalanma rejiminin qan təzyiqi, qan şəkəri və xolesterin səviyyələri kimi müxtəlif ürək-metabolik sağlamlıq ölçülərini yaxşılaşdırdığına dair kifayət qədər məlumat var. Bununla belə, ürək-damar xəstəliyi riski də daxil olmaqla, hər hansı bir səbəbdən və ya ürək-damar xəstəliklərindən ölüm riski artırmadığı bilinirdi.

Ancaq son araşdırmalarla bununun belə olmadığı məlum olub. Bu yaxınlarda Çikaqoda Amerika Ürək Dərnəyinin toplantısında 20 mindən çox Amerikalı yetkin üzərində aparılan araşdırma təqdim edildi.

Araşdırma zamanı məlum olub ki, qida qəbulunu gündə 8 saatdan az məhdudlaşdıran, başqa sözlə, fasiləli pəhriz saxlayan insanların ürək-damar xəstəliklərindən ölmə ehtimalı bu pəhrizə riayət etməyənlərə nisbətən daha çoxdur.

Mütəxəssis bildirir ki, dəlillərə baxsaq, əslində insanların nə yediyinə diqqət yetirmək daha vacib görünür.

Araşdırma zamanı məlum olub ki, bütün yeməklərini gündə 8 saatdan az yeyən insanların ürək-damar xəstəliklərindən ölüm riski 91 faiz daha yüksək olub.

 

Ürək xəstəliyi və ya xərçənglə yaşayan insanlarda ürək-damar ölüm riskinin artdığı da müşahidə edilib.

Mövcud ürək-damar xəstəliyi olan insanlar arasında gündə 10 saatdan az, lakin gündə 8 saatdan az olmayan yemək də ürək xəstəliyi və ya insultdan ölüm riskinin 66 faiz artması ilə əlaqələndirilib.

Gündə 16 saatdan çox yemək intervalı olan xərçəng xəstələrində xərçəngdən ölüm riskinin daha az olduğu müşahidə edilib.

Xəbər xətti