Space TV-də efirə çıxartdıqlarınız pulsuz idi? - Sərxan Kərəmoğludan Kamran Həsənliyə ...

11:52 - 19 Aprel 2024 - Cəmiyyət

Aktyor Sərxan Kərəmoğlu aparıcı Kamran Həsənliyə ultimatum yollayıb.

Ucnoqta.az xəbər verir ki, Kamran Həsənlinin tez-tez yerli telekanalları tənqid etməsi aktyora xoş gəlməyib:

“Yetər artıq! Kamran bəyin peşəkarlığına və savadına kimsənin şübhəsi yoxdur (televiziya sahəsində), amma bu qədər də insanları və həmkarları aşağılamaq olmaz. Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiz?!

Space TV-də efirə çıxartdıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? “Sizin Saat” və “Musiqili meydan” verlişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar? TV sahəsində siz çox yararlı işlər görmüsünüz və vicdanı olan kimsə bunu dana bilməz. Amma siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə "kimsən sən axı" deyə müraciət edir.

Pafoslu sözlərdən fikirlərdən istifadə etməkdən bezmədiniz? Nə var-nə var bəlli küskün bir kütlənin damarından istifadə edib yalançı sevgi qazanma naminə. Çoxmu davam edəcək?

Sizə belə mövqedə olmaq yaraşmır, çünki siz müasir Azərbaycan müstəqil televiziyasında ilklərdənsiniz”.

S.Kərəmoğlu sovet dövründə də məşhurların efirə çıxmaq üçün pul verdiyini bildirib:

“Əgər kimsə sizə söz veribsə, ki, belə çıxışlar elə səni TV rəhbəri vəzifəsinə gətirəcəklər, bax orasını artıq bilmirəm. Təki olsun. ATV-də, ANS-də etdiyiniz proyektlər də yaddaşlarda qalıb. Mənim Kamran Həsənliyə tövsiyəm: TV mövzularını artıq bitir.

O ki qaldı gənclərin efirlərə pul verməsinə və ödənişli efirə çıxmasına, deyim, xəbəriniz olsun ki, hələ sovet dövründə belə senzuradan keçən müğənnilər belə rəsmi olmasa da, dəridən-qabıqdan çıxıb nələrsə verirdilər.

Pulla efirə çıxmaq irsi olaraq keçib çox da zad eləmə”.

Xəbər xətti