Ana səhifə
20 Sentyabr 2018

Parlamentdə silahlı atışma: ölən var

Dünyanın diqqəti bu saatlarda Kanadadadır.

 

 

Kanadanın paytaxtı Ottavada naməlum silahlılar əsgərə atəş açıblar. Hadisə National Memorial meydanında baş verib. Silahlılar daha sonra yaxınlıqdakı parlament binasına doğru qaçıblar. Şübhəlilər hazırda binanın daxilində gizləniblər. Polis əməliyyatlar zamanı silahlılardan birini zərərsizləşdirə bilib. Şübhəli şəxslərin 3 nəfər olduğu bildirilir.

 

Əməliyyatlar zamanı ölkənin baş naziri Stiven Harper də binada olub. Lakin nazir təhlükəsiz şəkildə binadan uzaqlaşdırılıb. Vəziyyətlə əlaqədar parlament öz fəaliyyətini dayandırıb. Bölgəyə çevik polis qüvvələri cəlb olunub. Ərazi tam nəzarətə götürülüb. Şahidlər insident zamanı 30-a yaxın atəş səsi eşitdiklərini bildiriblər. Kanadada iki gün əvvəl də hərbiçilər naməlum silahlının hücumuna məruz qalmışdı. İndi əməliyyatlar davam edir.(ans)

 

***

 

Son məlumata görə, silahlı şəxs artıq öldürülüb. Atışma zamanı hərbçilərdən birinin yaralandığı bildirilir.

Tarix
23 Oktyabr 2014 [10:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin