Ağalı kəndində silah-sursat aşkar edilib - Foto

14:49 - 18 Aprel 2024 - ÖLKƏ İÇİ

Zəngilanda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı 1 avtomat, 2 daraq və 43 patron aşkar edilib.

Araşdırma aparılır.

Xəbər xətti