"Unibank" qazini məhkəməyə verdi - Kredit borcuna görə ...

13:58 - 17 Aprel 2024 - Xəbər

 "Unibank" kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verib.

Ucnoqta.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Bank Yüzbaşov Şahin Şakir oğlu barədə Cəlilabad Rayon Məhkəməsində iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (kredit müqaviləsi üzrə mübahisələr) bağlıdır.

Qeyd edək ki, Cəlilabad rayon sakini olan Ş.Yüzbaşov Vətən müharibəsi qazisidir. O, Vətən müharibəsinə könüllü olaraq qatılıb və döyüşlərin birində yaralanıb. Evin tək övladı olan Ş.Yüzbaşov 3-cü qrup əlildir. Uşaq yaşlarında atasını itirən Ş.Yüzbaşovu anası böyüdüb. Amma onun anası indi ağır yataq xəstəsidir.


Xəbər xətti