Tayvan yeni zenit-raket kompleksini sınaqdan keçirib

09:02 - 16 Aprel 2024 - DÜNYA

Tayvan silahlı qüvvələri yeni Lujian-2 yerüstü zenit-raket kompleksini (SAM) uğurla sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Ziyu Shibao” qəzeti məlumat yayıb.

Bildirilir ki, "Lujian-2" təkərli şassi üzərindəki mobil buraxılış qurğusu TC-2 raketi ilə ("Tianjian-2", ingiliscə adı - Sky Sword 2) hədəf pilotsuz uçuş aparatını uğurla vurub.

Sınaqlar Zhongshan Jiupeng Elm və Texnologiya İnstitutunun hərbi poliqonunda baş tutub. 

Xəbər xətti