UNEC dünya reytinqində irəlilədi

19:03 - 10 Aprel 2024 - Cəmiyyət

UNEC yeni bir uğura imza atıb.

Universitetdən verilən xəbərə görə, aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, UNEC "İqtisadiyyat, Ekonometrika" üzrə keçən ilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəlib.

Bundan əlavə, UNEC ilk dəfə "Sosial elmlər və menecment" üzrə dünyanın ən yaxşı 501-550-ci universiteti olub.


Xəbər xətti