Ana səhifə
21 Noyabr 2018

Prospektdə qəza

Bakının Xətai rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. Qəza Nobel prospektində qeydə alınıb. 

 

Ucnoqta.az Anspress-ə istinadən xəbər verir ki, qəza zamanı “VAZ 2109” markalı avtomaşınla “VAZ 2107” toqquşub. Nəticədə “VAZ 2109”un sürücüsü 1990-cı il təvəllüdlü Murtuza Tağıyev xəsarət alıb. Yaralı ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. 

 

Qəza zamanı hər iki maşın yararsız hala düşüb. Hadisə yerinə gələn Dövlət Yol Polisi Xətai rayon şöbəsinin əməkdaşlarının verdiyi məlumata görə, qəzaya kimin səbəb olduğu təhlükəsiz şəhər kamerasına baxıldıqdan sonra müəyyən olunacaq.

 

Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. 

 

Faktla bağlı Xətai rayon polis idarəsində araşdırma aparılır.

 

Tarix
23 Oktyabr 2014 [10:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin