Ana səhifə
18 Noyabr 2018

Zərdabda bu ilin birinci rübündə 13,5 milyon manatlıq məhsul istehsal edilib

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır

 

 

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları Zərdab rayonun daha sürətli inkişafına stimul verib. Bakıdan 285 km qərbdə yerləşən Zərdab şəhəri haqqında ilkin məlumatlar orta əsrlər Şirvanşahlar dövrünə təsadüf edir. Dəniz səviyyəsindən 11 metr alçaqda yerləşən Zərdab Kür çayının sahilindədir. Ərazisi 86,6 kv.km, əhalisi isə 53770 nəfərdir. Rayonun 42 yaşayış məntəqəsi var - 40 kənd, bir şəhər, bir qəsəbə. O cümlədən, rayon ərazisində 41 bələdiyyə, 28 icra nümayəndəliyi fəaliyyət göstərir. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını isə pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Bundan başqa rayonda bir sıra sənaye müəssisələri də fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramları çərçivəsində görülən quruculuq, abadlıq işləri bölgələrin inkişaf tempinin yüksəlməsində əsas dönüş nöqtəsi sayıla bilər. Bu mənada proqramların icrası Zərdab rayonunun da həyatında mühüm yeniliklərlə müşahidə olunub. Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi bütövlükdə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına və makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərib. 2015-ci ilin birinci rübündə rayon iqtisadiyyatının əsas sahələrində 13 milyon 484 min 300 manatlıq məhsul istehsal edilib. Həyata keçirilən tədbirlər nəticəsində rüb ərzində rayonda 94 daimi iş yeri yaradılıb. Hesabat dövründə rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da inkişaf və irəliləyiş davam edib. Son beş ildə Zərdabda əkin dövriyyəsinə cəlb olunan torpaq sahələrinin həcmi, kənd təsərrüfatında bitkiçilik məhsullarının istehsalı və məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb. Əkin sahələrinə mineral və üzvü gübrələrin verilməsi, növbəli əkinin aparılması və optimal müddətlərdə suvarma suyunun verilməsi, dövlət tərəfindən taxıl istehsalçılarına göstərilən dəstək davam edib.  Əkin dövriyyəsinə daxil edilən torpaqların sahəsi 35851 hektara çatdırılıb. Taxıl istehsalı ötən il inişilkinə nisbətən 2635 ton artaraq 49732 ton olub. Mal-qaranın və davarların sayı artıb, heyvandarlıq məhsulları istehsalında dinamik artım təmin edilib. Köhnə yonca əkini sahələri ilə yanaşı, yeni yonca əkini sahələri də yaradılıb. Həmçinin fermer təsərrüfatlarının sayı artaraq 44-ə çatıb.   Aqrar sektorda məhsul istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə torpaqların münbitliyinin bərpası, sudan səmərəli istifadənin təmin olunması, suvarma sisteminin bərpası və inkişafı, rayonun suvarma suyundan qismən korluq çəkən ayrı-ayrı kəndlərində yeni nasos stansiyalarının quraşdırılması, kanalların çəkilməsı və bərpası tədbirləri yerinə yetirilib. Dövlət Proqramının icra olunduğu dövr ərzində Zərdab rayonunda təhsil müəssisələrinin-məktəblərin təmiri, texniki təchizatı tədbirləri yüksək səviyyədə aparılıb.

 

Rayonda sahibkarlıq fəaliyyətinə önəm verilməsi uğurların əldə olunmasında rol oynayıb. Məsələn, Zərdab rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində 16 mart 2015-ci il tarixdə rayon rəhbərliyinin yerli sahibkarlarla və kəndli fermerlərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda görülən işlər və qazanılan uğurlar barədə danışıb.  Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlər Zərdab rayonunda da uğurla icra olunur. Zərdabda son illərdə görülən işləri diqqətə çatdıran icra başçısı bildirmişdir ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq rayonda bu sahənin inkişafına diqqət daha da artırılıb, vaxtaşırı olaraq sahibkarlarla keçirilmiş görüşlərdə onları narahat edən məsələlər öyrənilmiş və həlli üçün konkret tədbirlər görülüb.

Təkcə 2014-cü ildə rayonda 17 hüquqi, 230 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçməklə fəaliyyətə başlayıb. Son illərdə tikilən müasir tipli çoxsaylı sahibkarlıq obyektləri rayonun sosial mənzərəsini xeyli gözəlləşdirib. Sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə bir neçə mühüm tədbirlər keçirilib. Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə sahibkarlıq subyektləri güzəştli kreditlər almışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilib.

Rayonda sahibkarlığın daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Rayon rəhbərliyi tərəfindən yeni sahibkarlıq obyektlərinin müasir üslubda tikilməsi, qeyri-qanuni tikinti işlərinin aparılmasının yolverilməzliyi, müvafiq qurumlarla birlikdə zibil tullantılarının vaxtında götürülməsinin təşkili, sanitar-gigiyenik qaydalara əməl edilməsi, küçə ticarətinin yığışdırılması, əhaliyə nümunəvi xidmət göstərilməsi, vaxtı keçmiş qida məhsullarının satışına yol verilməməsi, bayram ərəfəsində qiymətlərin süni şəkildə artırılmaması, sahibkarlıq fəaliyyəti üçün mütləq lisenziyaların olması,  sahibkarlıq obyektlərinin ərazisinin təmizliyi, ətrafında səliqə-sahman işlərinin aparılması və sair məsələlərlə bağlı yerli iş adamlarına müvafiq tövsiyələr verilib.

 Rayon İcra Hakimiyyətinin başçısı torpaqlardan səmərəli istifadə olunması, torpaq zəbt edilməsi hallarına yol verilməməsi, torpaqların təyinatının icazəsiz dəyişdirilməsinin, pay və icarə torpaqlarında əsaslı tikinti işlərinin aparılmasının qeyri-qanuni olması barədə kənd təsərrüfatı məhsulları istehsalçılarını da məlumatlandırıb. Rayon rəhbəri çıxışına davam edərək 2015-ci ilin son dərəcə məsul il olmasını vurğulayaraq ilk Avropa Oyunlarının məhz bu il ölkəmizdə keçirilməsini, Avropa Oyunlarının məşəlinin bir sıra rayonlarla yanaşı Zərdabdan da keçməsini, 2015-ci ilin həm də növbəti parlament seçkiləri ilə əlamətdar olacağını iştirakçıların diqqətinə çatdırmışdır. Bu mühüm hadisələrə hər bir Azərbaycan vətəndaşının, o cümlədən zərdablıların ciddi hazırlaşması vurğulanıb.

Görülən işlər isə əhalinin kommunal xidmət şəraitini müsbətə doğru dəyişib.

2015-ci ilin birinci rübündə rayonun Əlibəyli, Allahqulubağı və Qoruqbağı kəndlərində qaz xətti çəkilişi davam etdirilib, Burunlu, Sarıqaya və Şəftəhal kəndlərində isə bu işə  başlanılıb.

Hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilib. Milli Təhlükəsizlik Nazirliyi Zərdab Rayon şöbəsinin inzibati binası bu günlərdə istifadəyə verilib. Vergilər  Nazirliyin Zərdab rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinin tikintisi başa çatdırılıb. Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsi üçün yeni inzibati binanın tikintisi işləri davam etdirilib.

2015-ci ilin birinci rübündə şəhərin 15-ci məhəlləsindəki küçələrə çınqıl örtük vurulub, Heydər Əliyev prospektində və 20 yanvar küçəsində abadlıq işləri, Mehdi Hüseyn, Ramiz Kərimov, Molla Pənah Vaqif, 20 yanvar, Babək, Mirzə Ələkbər Sabir küçələrində isə işıqlandırma işləri həyata keçirilib.

Hesabat dövrü ərzində magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə 27 mindən çox  şam, küknar, iydə, türk qovağı və digər ağaclar əkilib.

 

 

.

 

Tarix
17 İyun 2015 [19:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin