Ana səhifə
15 Noyabr 2018

Bakıda tələbə qızın başını bacısı kəsibmiş - ŞOK TƏFƏRRÜATLAR

Başı kəsilən 20 yaşlı tələbə Günel Nuriyevanın qatili məlum olub. 
 

 

"Ucnoqta.az" qafqazinfo-ya istinadən xəbər verir ki, Güneli bacısı Pərvanə öldürüb və o artıq saxlanılıb. 

Pərvanə yuxuda vergi aldığını bildirib və bu işi yuxuda gördüyü üçün etdiyini qeyd edib.

Xatırladaq ki, hadisə dünən Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı tələbə Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılmışdı. 

***

Anspress-in məlumatına görə, qızların atası Etibar Nuriyev tanınmış biznesmendir.

Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir. 

Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.

***

Lent.az-ın məlumatına görə, P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş. O, kiçik bacısına bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib. Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.

 

Tarix
23 Oktyabr 2014 [10:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin