Ana səhifə
21 Noyabr 2018

Ukrayna hökümətindən əhaliyə qazla bağlı - Çağırış

Ukrayna baş naziri Arseniy Yatsenyuk ölkə vətəndaşlarını “mavi yanacağa” qənaət etməyə çağırıb. Ucnoqta.azUkrayna mətbuatına istinadən xəbər verir ki,  baş nazir hökumətin iclasında ölkədə enerji resurslarına qənaət edilməsinin vacibliyini vurğulayıb.

 

“Çətin zamanda yaşayırıq. Buna görə də enerji resurslarına qənaət etmək bizə qışı keçirməyə imkan verəcək”, – deyə A.Yatsenyuk bildirib.

Onun sözlərinə görə, artıq Ukraynada qaz istehlakını 17 faizədək azaltmaq mümkün olub: “Müstəqillik dönəmində ilk dəfədir ki, Rusiyadan qaz təchizatı 4 aylıq dayandırılıb. Və ilk dəfədir ki, öz kömürümüzü İstilik Elektrik Stansiyalarına çatdıra bilmirik. Vəziyyət elə də yaxşı deyil”, – deyə A.Yatsenyuk qeyd edib.

Baş nazir həmçinin bildirib ki, Ukraynanın əlavə 4 milyon tonluq kömür idxalına ehtiyacı var. 

 

Tarix
22 Oktyabr 2014 [17:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin