Ana səhifə
14 Noyabr 2018

BakuBuild- 2014 sərgisi işə başlayıb

Bakıda Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri - XX Yubiley Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild-2014) sərgisi başlayıb.

 

Bu il “BakuBuild”, “Aqua-Therm Baku” və “CIPS” kimi sərgiləri özündə birləşdirən Xəzər İnşaat Həftəsində dünyanın 29 ölkəsindən 490-dan artıq şirkəti iştirak edir. Sərgidə Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, Portuqaliya və BƏƏ milli qrupları iştirak edir. Ənənəvi olaraq, Türkiyə istehsalçıları (41 şirkət) sərgidə böyük heyətlə çıxış edir. Eksponentlərin təxminən 40 faizini yerli şirkətlər təşkil edir və bu şirkətlər arasında həm daimi iştirakçılar, həm də debütantlar var.

Bu il sərgidə tikinti avadanlıqlarının geniş çeşidi, o cümlədən keramika, kafel (üzlük daşları), pəncərə və qapılar, interyer, eksklüziv santexnika avadanlıqları və dam örtükləri nümayiş etdirilir.

 

Qeyd edək ki, sərgi oktyabrın 25-də başa çatacaq.

 

 

Əfsun

Tarix
22 Oktyabr 2014 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin