Ana səhifə
20 Sentyabr 2018

Dövlət Qulluğu Məcəlləsinin layihəsi ictimai müzakirəyə çıxarıldı

Dövlət Qulluğu Məcəlləsinin layihəsi ictimai müzakirəyə təqdim edilib.

Ucnoqta.azxəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə bildiriblər ki, Komissiya tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə Dövlət Qulluğu Məcəlləsinin layihəsinin son versiyası hazırlanıb.

Məcəllənin layihəsi həm Komissiyanın rəsmi internet saytının (www.dqmk.gov.az) “Qanunvericilik və digər aktlar” bölməsinin “Nörmativ hüquqi aktların layihələri” altbölməsində, həm də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələri” portalında yerləşdirilərək ictimai müzakirəyə təqdim edilib.

Maraqlanan şəxslər Dövlət Qulluğu Məcəlləsinin layihəsinə dair rəy və təkliflərini Komissiyanın rəsmi internet saytı, həm də portal vasitəsilə bildirə bilərlər.

 

Tarix
22 Oktyabr 2014 [17:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin