Ana səhifə
18 Sentyabr 2018

Janna Friske öldü

Tanınmış rusiyalı müğənni Janna Friske 41 yaşında vəfat edib. Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “TASS”a müğənninin atası Vladimir Friske bildirib. 

 

 

“Janna vəfat etdi, bu həqiqətdir. Bu iyunun 15-də axşam saat 10-da baş verdi”. Vida mərasiminin harada və nə zaman keçiriləcəyi barədə məlumat verilmir.

 

 

Qeyd edək ki, müğənni 2013-cü beyin xərcəngi ilə mübarizə aparırdı.

 

Bundan əvvəl Janna Friske əri Dmitri Şepelyov ilə  onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.

 

Janna Friske 1996-cı ildən “Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o uğurlu solo karyerasına başlayıb.

 

Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib.    

Tarix
16 İyun 2015 [11:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin