Ana səhifə
26 Sentyabr 2018

Yerli əhəmiyyətli yollar bələdiyyələrə verildi

Rövşən Ağayev: «Bələdiyyələrə verilən səlahiyyətlər  o zaman effektiv olur ki, onun arxasında həm də maliyyə mənbələri olsun»

 

 

«Dövlət yerli əhəmiyyətli yolları bələdiyyələrə verirsə, bunun maliyyə məsələlərini həll etməlidir»

 

 

Respublikamızdakı bəzi yolların təyinatında dəyişiklik edilib. Ölkə başçısının imzaladığı sərəncamla Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında da dəyişiklik edib. "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Prezidentin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanına uyğunlaşdırılıb. Artıq Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına verilib. Şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına veriləcək. Buna qədər isə sadalanan səlahiyyətlər Nəqliyyat Nazirliyi və onun tabeliyində olan "Azəryolservis" ASC-də olub.

Maraqlıdır, bu dəyişiklik yerli əhəmiyyətli yolların təmir və yenidən qurulmasına təsir edə biləcəkmi?

 

Ekspertlər də uzun müddətdir vurğulayırdılar ki, kənd yollarının təmir və yenidən qurulması üçün vəsait bələdiyyələrə verilsə, şəffaflıq daha geniş təmin olunardı. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Rövşən Ağayev deyir ki, əslində qanunda əksini tapan məsələlərdə dəqiqləşmələr aparılıb: «Bələdiyyələrin statusu haqqında» qanunun 3,4 və 5-ci maddələri bələdiyyələrin səlahiyyətləri ilə bağlı idi. Həmin qanunda da yerli əhəmiyyətli yolların bələdiyyələrin balansına verilməsi birmənalı göstərilib. Bu qanun 15 ildir qəbul edilsə də, yerli əhəmiyyətli yolların bələdiyyələrə o qədər də əhəmiyyəti yox idi. Bu yolları icra orqanları edirdi. Avropa Şurasının ekspertləri də bunu tənqid edirdilər. Buna həm də müstəsnalıq səlahiyyəti deyilirdi. Yəni bir dövlət orqanına verilən səlahiyyət, digər dövlət orqanına verilmir. Bizdə isə bu müstəsnalıq anlayışı təcrübədə pozulurdu. «Bələdiyyələrin statusu haqqında» qanunda yerli əhəmiyyətli yollar bələdəiyyələrin səlahiyyətində idi, amma «Avtomobil yolları haqında» qanunda bu səlahiyyət icra orqanlarına verilirdi. Avropa Şurusının tövsiyyələrində də dəfələrlə bələdiyyələrlə bağlı bu müstəsnalığın aradan qaldırılması vurğulanmışdı. Artıq yollara münasibətdə bu müstəsnalıq aradan qaldırılıb. Məsələnin bu tərəfi təqdirəlayiqdir».

 

Rövşən Ağayev hesab edir ki, kənd yollarının təmiri və yenidən qurulmasında bələdiyyələrin iştirakı təmin edilməli idi: «Bəzən deyirlər ki, bələdiyyələrin yol çəkilişində təcrübəsi və lazımi texnikası yoxdur. Amma bələdiyyələr yol çəkən yox, yol çəkdirən qurumdur. Əgər pulu ustalıqla, gizli şəkildə oğurlamaqdan söhbət gedirsə, bələdiyyələr icra orqanları qədər təcrübəli deyil. Amma söhbət işin daha keyfiyyətli görməsindən gedirsə, bələdiyyələr bunu daha yaxşı icra edərdi. Çünki bələdiyyənin gördüyü işlərdə vətəndaşların iştirakı qaçılmazdır. Digər tərəfdən isə seçkili orqanlar nə qədər qapalı olsalar da, cəmiyyətə təyinatlı orqanlardan qat-qat açıqdılar. Digər tərəfdən Bələdiyyələrin hər bir işinə «göz qoyan» icra orqanları isə ərazidə ayrılan vəsaitlə bağlı məlumat löhvələrinin vurulmasına çalışacaqdı. Bu olmasa belə, bələdiyyə ərazisində yaşayan əhali ayrılan vəsaitin miqdarını bilə və işin keyfiyyətinə nəzarət edəcəkdi. Digər tərəfdən isə tender keçiriləcək və hər bələdiyyənin ərazisində yolu bir şirkət çəkəcəkdi. Nəticədə rəqabətlilik yarana, hər bir bələdiyyə öz ərazisində işin daha keyfiyyətlə görülməsində maraqlı olacaqdı».

 

Ekspert yolların saxlanılması üçün bələdiyyələrin maliyyə mənbələrinin olmasını da vacib sayır: «Avropa Xartiyasında birbaşa göstərilir ki, bələdiyyələrə verilən səlahiyyətlər  o zaman effektiv olur ki, onun arxasında həm də maliyyə mənbələri olsun. Yəni maliyyə mənbəyi olmadan səlahiyyət vermək vəziyyəti dəyişməyəcək. İndiki halda da dövlət yerli əhəmiyyətli yolları bələdiyyələrə verirsə, bunun maliyyə məsələlərini həll etməlidir. Həmçinin, ölkədəki yollarla bağlı müfəssəl məlumatlar olmalı idi və bilinməli idi ki, bələdiyyələrə nə qədər yol verilir, onların vəziyyəti necədir? Bəlkə də bu məlumatlar var, amma ictimailəşdirilməyib. Həmçinin, bu yollar bələdiyyələrə verildiyi halda da onların gələcəkdə çəkilməsi və əsaslı təmiri kompensasiya edilməli idi. Bu pul bələdiyyələrə hansısa bir Dövlət Proqrammı ilə də verilə bilər. Bunun bir yolu da o idi ki, dövlət  məqsədli şəkildə maliyyə vəsaiti ayırsın. Yəni hər il məqsədli şəkildə bələdiyyələrə vəsait verilməli idi ki, yollar təmir edilsin. Ya da bələdiyyələrə elə səlahiyyətlər verilməli idi ki, bu vergilərdən toplanan vəsait yolların normal vəziyyətdə saxlanılmasına imkan versin. Belə ki, 2005-ci ilədək yol vergiləri bələdiyyələrə ödənilib. Amma həmin  dövrdə insanlar bu vergini ödəmirdi. Amma sonradan bu vergi bələdiyyələrdən alındı və Dövlət Yol Polisi bunun yığılmasını təmin etdt. Amma yaxşı olardı ki, bu verginin yığılması yenidən bələdiyyələrə verilsin. Həmçinin, bu paylı vergi şəkildə də tətbiq edilə bilər. Verginin bir hissəsi bələdiyyələr, bir hissəsi isə dövlətə verilə bilər. Amma bununla yanaşı bələdiyyələrə investisiya ayrılması da gündəmdə olmalıdır».

 

 

Xalid

Tarix
22 Oktyabr 2014 [22:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin