Ana səhifə
19 Sentyabr 2018

“Parlaq Zəka”lar yenə mübarizə aparacaq - FOTOLAR

“Parlaq Zəka” intellekt şousu ikinci mövsüm oyunlarına start verdi. Oktyabrın 19-da bu mövsümün ilk 1/8 mərhələsinin oyunu keçirilib. Bu həftə tamaşaçıların ikinci mövsüm iştirakçıları ilə tanışlığı “Azərbaycanlılar Qərib Ölkələrdə” mövzusunda olan mübarizələri ilə oldu. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Qafqaz Universitetinin keçən mövsümdən tanış olan Emil Yusublu, sarı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Məzahir Səmədov, yaşıl yolda isə Azərbaycan Tibb Universitetinin Tələbəsi Həyat Quliyeva mübarizə apardı. İlk qarşılaşmanın qalibi xanım iştirakçı olan  Həyat Quliyeva oldu. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyev ilk buraxılış barədə fikirlərini bölüşüb: “Bu mövsüm verilişləri də ən az keçən mövsüm qədər yaddaqalan rəngarəng olacaq. Çünki daha fərqli zəkalarla tanışlıq, daha maraqlı buraxılışlar olacaq. Bu həftəki buraxılışa gəldikdə isə zəkaların mövzuya hazırlaşsa da ilk veriliş həyəcanı təbii ki, özünü göstərirdi. Amma xanımlar ilk verilişdən bəylərimizdən bir addım önə keçdilər. Görək növbəti buraxılışlarda necə olacaq”.

 

“Parlaq Zəka” intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da, onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

 

 

Aygün

Tarix
22 Oktyabr 2014 [19:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin