Ana səhifə
23 Sentyabr 2018

Öcalan azadlığa buraxıla bilər - Şok

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, İmralı adasında ömürlük həbsə məhkum edilən PKK lideri Abdullah Öcalana ev dustaqlığı təklif edilib.

 

“Yeniçağ” qəzetinin Ankara nümayəndəsi Əhməd Takan belə bir iddia ilə çıxış edərək hökumət nümayəndələri ilə PKK lideri arasında razılıq əldə olunduğunu deyib:

 

Ucnoqta.az xəbər verir ki, “Baş nazir Əhməd Davudoğlu Apo ilə anlaşmaq üçün xüsusi qrup ayırıb və danışıqlar aparılıb. Bu qrup Öcalana ev dustaqlığı təklif edib”.

 

İddialara görə, bələdiyyə seçkilərindən bir müddət öncə Apo ilə danışıqlar aparan hökumət nümayəndələri “Seçkilərə qədər PKK-nı nümayişlərə buraxma, səni Diyarbəkirə göndərək” təklifini verib.

 

Jurnalist onu da bildirib ki, bu ilin aprelində keçirilən bələdiyyə seçkiləri zamanı Apoya “geri çəkilmək” barədə məktub yazdırılıb və faktiki razılıq əldə olunub.(Axar.az)

 

Tarix
22 Oktyabr 2014 [16:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin