Ana səhifə
19 Sentyabr 2018

Musiqili Teatrda “Ər və arvad” tamaşası 45-ci dəfə nümayiş olunacaq - FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında iyunun 13-də  Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası 45-ci dəfə nümayiş olunacaq.

 

 

 

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşanın bu dəfəki nümayişinin özəlliklərindən biri də ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə tamaşaçılara təqdim olunmasıdır: “I Avropa Oyunları ilə əlaqədar ölkəmizə təşrif buyuracaq qonaqlara daha yüksək keyfiyyətli mədəni xidmət göstərilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyi ilə teatrın repertuarındakı bir sıra əsərlər ingilis dilinə tərcümə olunub. “Ər və arvad”da həmin tamaşalardan biridir. Ümumiyyətlə, Musiqili Teatrın iyun repertuarı xüsusi şəkildə təşkil olunub və I Avropa Oyunları ilə əlaqədar tamaşalar əsasən ingilis və rus dillərində təqdim olunacaq”.

Qeyd dək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Tamaşada rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova,  Ağaxan Şərifov və Fərid Rzayev ifa edəcəklər.

Tarix
11 İyun 2015 [22:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin