"Gəlin təhsilverənlərə başqa milli ad tapaq" - Ekspert

17:14 - 28 Fevral 2024 - Cəmiyyət

Gəlin bir qərar verək. Əgər müəllim müraciət formasıdırsa, o zaman indiki kimi yoldan, koldan, dərədən, təpədən keçən hər kəsə filankəs müəllim deyək. Yox əgər bu söz sənət ifadə edirsə, o zaman xahiş edirəm ki, sənət sahiblərinə bu müraciət olunsun! Razı deyilsinizsə, gəlin o zaman təhsilverənlərə başqa milli ad taparaq istifadə edək.

Ucnoqta.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev deyib. Ekspert qeyd edir ki, usta, mühəndis, həkim, sürücü və s. sənət adlarını bu sənətə sahib olanların adı ilə yanaşı işlədirik:

"Mən görmədim ki, hansısa həkim olmayan şəxsə filankəs həkim, yaxud da mühəndis olmayan birinə filankəs mühəndis deyilsin, amma yeri gəlsə, bu sənət sahiblərinə də müəllim deyilir. Vaxtilə müəllim adı o qədər uca, o qədər nüfuzlu idi ki, görünür digər sənət sahibləri də bu ada göz dikibmiş ki, özlərinə müəllim deyəndə zövq alırlar" - E.Əfəndiyev qeyd edib.

Xəbər xətti