Ana səhifə
17 Dekabr 2018

"Qarabağ" qrupun ən zəif komandasıdı - Qurban Qurbanov - MÜSAHİBƏ

Ucnoqta.azbildirir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 

- Sabah Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Ukraynada  “Dnepr” klubunun  qonağı olacaqsınız. Matç haqqında fikirlərinizi bilmək maraqlı olardı...

- Güclü komandaya qarşı mübarizə aparacağıq. Yaxşı hazırlaşmışıq. Rəqibin oyunlarını izləmişik. Öz oyun üslubu, heyətində yüksək fərdi keyfiyyətlərə malik futbolçular var. Bu səbəbdən düzgün taktika seçib, meydana qələbə üçün çıxacağıq.

 

- “Dnepr” Ukrayna çempionatının lideridi. Həmçinin, yer aldığınız qrupun favoriti sayılır...

- Rəqibin əsas gücü heyətindəki futbolçuların ustalıq səviyyəsinin yüksək olmasıdı. Bəli, qrupun 2 favoritindən biridi. “Dnepr”in daxili çempionatda birinci olması məsuliyyətimizi daha da artırır. Güclü çempionatı olan ölkənin liderinə qarşı oynayırıq. Amma mümkünsüz heç nə yoxdu. Çalışacağıq ki, onların oyununa mane olub, nəticə qazanaq.

 

- Millidən qayıdan futbolçular “Qəbələ” ilə çempionat matçında meydana çıxdılar və çox güman, ukraynalılara  qarşı da oynayacaqlar. Həmin futbolçularda yorğunluq yoxdu?

- Belə ard-arda oynayan futbolçularda fiziki yorğunluqdan çox, psixoloji yorğunluq olur. Xüsusən, millimizin Xorvatiyaya 0:6 hesabı ilə uduzması həmin futbolçulara çox pis təsir edib. Buna görə narahat idim. Belə olanda, futbolçu özünü qarşıdakı matça hazırlaya bilmir. Nə qədər çətin olsa da, onlara həmin uğursuzluğu unutdurmaq istəyirik. Yenə də qəzetlərdə, saytlarda bu barədə yazılar gedir. Onlar da görürlər, yadlarına düşür, özlərini pis hiss edirlər və psixoloji gərginlik yaranır. Fiziki cəhətdən isə problem yoxdu. Çünki vaxtımız oldu, həm də bəzilərinə istirahət verdik. “Qəbələ” ilə qarşılaşmada Rəşad Sadıqov və Maksim Medvedev 90 dəqiqə meydanda oldu. Bunun da səbəbi o idi ki, onların oynamağa ehtiyacları var idi. Yenə də deyirəm məni onların psixoloji durumu narahat edirdi. Düşünürəm ki, artıq kifayət qədər vaxt keçib və psixoloji durumu geridə qoymaq lazımdı.  

 

- Zədəli futbolçuların durumu nə yerdədi?

- Danilo Dias həkim nəzarəti altındadı. Məşq edir. Əməliyyatı uğurlu keçdi. Çumbinyo da artıq Bakıdadı. Namiq Yusifovun zədəsi vardı, amma artıq bərpa olub və komandaya qoşuldu. Başqa problemimiz yoxdu.

 

- Yeni transferiniz nigeriyalı hücumçu İnnosent Emeqaranın hazırlığı hansı vəziyyətdədi?

- Onun durumundan tam razı ola bilmərəm. Çünki optimal formasından uzaqdı. Amma məşqdən-məşqə “artırır”. Getdikcə öz formasını bərpa etməyə çalışır.

 

- Reynaldonun son vaxtlar istənilən səviyyədə oynamamağı müxtəlif söz-söhbətlərə yol açıb...

- Belə şeylərə fikir vermək lazım deyil. Avroliqanın II turunda “İnter”lə səfər matçından sonra Reynaldoda zədə vardı. Ona görə də özünü tam göstərə bilmirdi. Hər futbolçuda uğurlu və uğursuz dönəm olur. Əgər bu gün qol epizoduna girirsə, deməli, onun problemi yoxdu. Ola bilər ki, müəyyən qədər soyuqqanlılıq çatmır. Hardasa gərginlik də ola bilər. Çünki həm azarkeş, həm məşqçi, həm də futbolçular ondan çox şey gözləyirlər.

 

 

 

- “Dnepr”in baş məşqçisi Miron Markeviç çempionatı Avroliqadan daha üstün tutduğunu açıqlayıb. Bu amil sizin xeyrinizə ola bilərmi?

- Hansısa komandanın belə turnirə önəm vermədiyinə inanmıram. Ola bilsin belə fikir desin. Düşünürəm ki, onların fikri çempionat oyununda olduğu üçün Markeviç belə bir söz demişdi. Amma onda da “Çernomorets”ə qalib gəldilər. Bir komandanın daxili çempionatda daim oynamaq imkanı var, amma Avroliqa həmişə ələ düşmür. Ona görə də bu turnir ikinci planda ola bilməz.  

 

- Üçüncü tur öncəsi növbəti mərhələyə keçmək şansınızı necə dəyərləndirirsiniz?

- Reallığı düşünmək lazımdı. Hansı qrupda yer aldığımızı bilirsiniz. “İnter”i siyahıdan silmək olmaz. Çünki iki oyundan sonra nəticəsi göz önündədi. “Dnepr”in də oyunlarına baxsaq, çox güclü komanda olması bəllidi. “Sent-Etyen” Fransa çempionatından gəlib. Güclü heyəti var. Bütün bunları nəzərə alsaq, həm Avropa təcrübəsi baxımından, həm də struktur və büdcə baxımından qrupda ən zəif komanda bizik. Digər 3 komandanın gücünü və hansı ölkəni təmsil etdiyini düşünsək, onlar favoritdi.  

Tarix
22 Oktyabr 2014 [16:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin