Həyat yoldaşının telefonuna qulaq asan kişi milyonçu oldu

08:41 - 26 Fevral 2024 - MARAQLI

Texas sakini arvadının telefon danışığını eşidib və birjada 1,76 milyon dollar qazanıb.

Ucnoqta.az Business Insider-ə istinadən xəbər verir ki, 2023-cü ilin fevral ayında Texasda yaşayan kişi həyat yoldaşının iş telefon danışıqlarına qulaq asaraq birjada qanunsuz olaraq 1,76 milyon dollar qazanıb.

ABŞ-ın Texas ştatının Cənub Bölgəsi üzrə Prokurorluğu bildirib ki, Hyuston sakini Tayler Loudonun "TravelCenters of America"nın minlərlə səhmini neft və qaz şirkəti BP tərəfindən 1,3 milyard dollara almasından qısa müddət əvvəl etiraf edib. Loudonun arvadı BP-də satınalmalar və birləşmələr üzrə menecer vəzifəsində çalışırmış. Cütlük evdən işləyirdi və buna görə də bir-birinin iş telefon danışıqlarını eşidə bilirdi. Loudon qarşıdan gələn satınalma haqqında öyrənərək dərhal TravelCenters of America-nın 45 mindən çox səhmini alıb və müqavilə elan edildikdən sonra onları 1,76 milyon dollara satıb.

Daha sonra BP daxili araşdırmaya başlayanda Loudon həyat yoldaşına etdiklərini etiraf etdi. O, BP-dən qovulub və sonra ərindən boşanıb.

Məqalədə deyilir ki, Loudon cərimə oluna və şirkətlərdə müəyyən vəzifə tutmaq qadağan edilə bilər.

Xəbər xətti