Ana səhifə
18 Sentyabr 2018

Tərtər şəhərinin içməli su təchizatı yenidən qurulur

Şəhər əhalisi ilə yanaşı, ətraf kəndlərimizin sakinləri də keyfiyyətli içməli su ilə təmin olunacaqlar

 

 

 

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində həyata keçirilən dövlət proqramları Tərtər rayonunda da uğurla həyata keçirilir. Sakinlərinin orta əmək haqqı artıb ki, böu da onların həyat şəraitinə təsir edib. Rayon üzrə  2014-cü ildə orta aylıq ədib, pərakəndə ticarət dövriyyəsi və əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 143.5 milyon manat olub ki, bu da ötən ilə nisbətən 4.9 faiz çoxdur. Əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin səviyyəsini yüksəltmək üçün 16 obyektin tikilməsinə icazə verilib.

2014-cü ildə rayonun büdcə gəlirləri 16 milyon 950 min 887 manat planlanlaşdırılıb, gəlirlərin icrası 16 milyon 784 min 590 manat və ya 99 faiz icra olub. Rayonun yerli gəlirləri isə 4 milyon, 448 min manata qarşı 4 milyon 524 min 45 manat və ya 101.7 faiz icra olunub. Qarşılıqlı hesablaşma yolu ilə 568 min 887 manat vəsait alınıb ki, bunun da 460 min 545 manatı və ya 81 faizi icra olunub. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 11 milyon 800 min manat olub ki, bu da 98.9 faiz icra deməkdir.

Tərtər rayonun büdcə xərcləri 16 milyon 950 min 887 manata qarşı 16 milyon 237 min 128 manat və ya 95.8 faiz icra olunub.

 

İcra olunmuş xərclərin 1 milyon 727 min 568 manatı və ya 10.6 faizi ümumdövlət xidmətləri bölməsi, 9 milyon 367 min 582 manatı və ya 57.7 faizi təhsil bölməsi, 2 milyon 467 min 747 manat və ya 15.2 faizi səhiyyə bölməsi, 866 min 830 manatı və ya 5.3 faizi mədəniyyət və turizm, 1 milyon, 706 min 250 manat və ya 10.5 faizi mənzil kommunal təsərrüfat bölməsi, 100 min 750 manat və ya 0.62 faizi əsas bölməyə aid edilməyən xidmətlər üzrə icra olunub.

Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Tərtər şəhərinin içməli  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb. Tərtər şəhərində keçirilmiş təməlqoyma mərasimi ilə tikinti-quraşdırma işlərinə start verilib. Təməlqoyma mərasimində çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu əlamətdar hadisə münasibəti ilə rayon sakinlərini təbrik edib, icrasına yeni başlanan layihənin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb: “Cəbhə bölgəsində yerləşən rayonumuz möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Su təchizatı və kanalizasiya sistemlərinin təməlini  qoyulması ilə tərtərlilərin ən böyük arzularından biri gerçəkliyə çevrilir. Əminik ki, layihənin icrası operativ həyata keçiriləcək, şəhər əhalisi ilə yanaşı, ətraf kəndlərimizin sakinləri də keyfiyyətli içməli su ilə təmin olunacaqlar”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov isə çıxış edərək təmas xəttində düşmən mövqelərinə yaxın ərazidə yerləşən Tərtər rayonunda su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlanılmasını rayonun sosial-iqtisadi həyatında son dərəcə əlamətdar bir hadisə olduğunu, bu layihənin bölgənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğulayıb:“Cəbhə bölgəsində yerləşən Tərtər şəhərinin su təchizatının yaxşılaşdırılması həmişə aktual olmuşdur. Məlum olduğu kimi, bu bölgənin məhsuldar su mənbələri işğal altında olduğundan rayon sakinləri istər içməli su, istərsə də suvarma suyu ilə təminat baxımından çətinliklərlə  qarşılaşırlar. Buna görə də rayon mərkəzini və ətraf kəndləri yeraltı su mənbələri hesabına içməli su ilə təmin etmək qərara alınmışdır. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, sərhəd rayonlarının kommunal infrastrukturunun yaxşılaşdırılmasına xüsusi önəm verilir və çalışacağıq ki, tikinti işləri intensiv qaydada həyata keçirilsin.  Ümidvarıq ki tərtərlilər tezliklə bu layihənin imkanlarından faydalanacaqdır”.

Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev düşmənin bir addımlığında yaşayan tərtərlilərin uzun illərdir içməli su sarıdan əziyyət çəkdiyini vurğulamış, sakinlər adından Prezident İlham Əliyevə və “Azərsu” ASC-nin kollektivinə minnətdarlığını bildirib. Daha sonra ilk borunun xəndəyə endirilməsi ilə Tərtər şəhərində içməli su və kanalizasiya layihəsinin təməli qoyulub.

Qeyd edək ki, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanıb. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı rayonun 11 kəndinin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihədən 47 min nəfər faydalanacaqdır.  Layihəyə əsasən, rayon mərkəzini və ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün 9 ədəd subartezian quyusunun qazılması layihələndirilib. Tərtər şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə 3,6 km uzunluğunda magistral su xətti və hər birinin tutumu  5000 kubmetr olan 2 su anbarı tikiləcəkdir. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması məqsədilə 110 km uzunluğunda paylayıcı şəbəkə yaradılacaq, 2959 ünvana birləşmə veriləcək və hər bir abonent smart-kart sayğacla təmin olunacaqdır. Layihəyə uyğun olaraq Tərtər  şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 104 km uzunluğunda kanalizasiya xətti, 2672 kanalizasiya quyusu tikiləcək, 2900-dən çox ünvana birləşmə veriləcəkdir. Tullantı sularının kənarlaşdırılması məqsədilə 8,1 km uzunluğunda kanalizasiya kollektoru inşa ediləcəkdir. Tərtər şəhərində yaranacaq tullantı suları gələcəkdə Bərdə şəhəri yaxınlığında inşa ediləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcəkdir.

 Tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur. Yeri gəlmişkən, Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 19 min sakinindən 11 min nəfərinə və ya təqribən 58 faizinə xidmət göstərir. Şəhər əhalisinə içməli su gündəlik 8 saatlıq qrafik əsasında verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir.Tərtər şəhərində kanalizasiya sistemi mövcud deyil.

Rayonda vətəndaşların müraciətləri də diqqət mərkəzində olub. 2014-cü ildə vətəndaşlar tərəfindən 1128 müraciət olub. Dövlət orqanlarından və digər qurumlardan daxil olan müraciətlərin ümumi sayı 2013-cü illə müqayisədə 243 və ya 17.7 faiz azalıb. İl ərzində rayon icra hakimiyyətinə daxil olmuş müraciətlərin 405-i və ya 35.9 faizi əmək və əhalinin sosial müdafiəsi məsələləri, 215-i və ya 19.1 faizi kənd təsərrüfatı məsələləri, 37-i və ya 3.3 bələdiyyələrin fəaliyyəti, 110-u və ya 9.8 faizi təhsil məsələləri, 13-ü və ya 1.2 faizi enerji və istilik təchizdib.

Daxil olmuş müraciətlərin 1005-i və ya 89.1 faizi müsbət, 34-ü və ya 3 faizi qismən həll edilib, 53-ü və ya 4.7 faizinə müvafiq izahat verilib, 34-ü və ya 3 faizi əsassız sayılıb. Rayon icra hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilib. Bütövlükdə il ərzində 42 yaşayış məntəqəsi və məhəllədə icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilib, bu görüşlərdə 8400 vətəndaş iştirak edib, 472 nəfər müraciətlə çıxış edib. Rayon icra hakimiyyəti başçısı aparatında 2212 nəfər, o cümlədən rayon icra hakimiyyəti başçısı tərəfindən 1412 nəfər qəbul edilib.

 

Tarix
11 İyun 2015 [20:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin