Ana səhifə
22 Sentyabr 2018

Prezidentin qardaşı dağda öldü

Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciləvi şəkildə həlak olub.

 

 

"Ucnoqta.az" virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat verir. Məlumatda deyilir ki, Murad Aşurlu Himaya dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.

 

“Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb, o, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” - deyə Nepal KİV-ləri xəbər verir.

 

Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Aşurlu səkkiz digər iştirakçı ilə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb.

 

Lakin geri qayıdanda faciləli hadisə baş verib. Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycanın Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili Nepala uçub.

Tarix
22 Oktyabr 2014 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin