Hizbullah Colan təpələrində İsrail hədəflərinə raket zərbəsi endirib

00:33 - 23 Fevral 2024 - DÜNYA

Hizbullah partiyasının silahlı qüvvələri Livanın cənubu ərazisindən işğal olunmuş Colan təpələrində İsrail ordusunun kazarmalarına raket zərbəsi endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, əməliyyat İsrail hərbi-hava qüvvələrinin ölkənin cənubundakı Kfar Rummana şəhərinə basqınından sonra baş tutub.

Oradakı bir evə hava hücumu nəticəsində iki Hizbullah səhra komandiri və iki mülki şəxs həlak olub.

Xəbər xətti