Avropa Liqasının pley-off mərhələsində bu gün cavab oyunları keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” doğma azarkeşləri önündə çıxış edəcək.
Ağdam klubu Portuqaliya “Braqa”sını qəbul edəcək. İlk oyunda rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən “Qarabağ” bu üstünlüyü qorumaqla 1/8 finala yüksələcək və yeni tarix yazacaq.
"Qarabağ": 99. Andrey Lunyov, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 6. Julio Romano, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo Olavio
Baş məşqçi: Qurban Qurbanov
"Braqa": 1. Mateus, 26. Kristian Borxa, 4. Siku Niakate, 15. Paulo Oliveyra, 2. Viktor Qomes, 16. Rodriqo Zalazar, 22. Pizzi, 28. Joao Moutinyo, 11. Rojer Fernandes, 9. Abel Ruis (k), 23. Simon Banza
Baş məşqçi: Artur Jorje
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
22 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
İlk oyun 4:2