Ana səhifə
19 Noyabr 2018

Papa "Bavariya"lıları qəbul etdi

Roma Papası Fransisk bu gün Vatikanda Almaniyanın "Bavariya" futbol klubunun oyunçuları və məşqçiləri ilə görüşüb. “Ucnoqta.az” xəbər verir ki, Trend-in "Bavariya"nın saytına istinadən verdiyi məlumata görə, Roma Papası almanları "Roma"ya qarşı göstərdikləri oyuna görə tərifləyib: "Dünən çox gözəl oynadınız. Futbol təkcə sağlam həyat tərzi deyil, həm də uşaqlara komandanın nə olduğunu göstərən oyundur".

Öz növbəsində, "Bavariya" nümayəndə heyətinə başçılıq edən klubun baş direktoru Karl-Haynts Rummenigge Roma Papası Fransiskə oyunçuların imzasının olduğu top hədiyyə edib.

Qeyd edək ki, "Bavariya" dünən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Roma"nı 7:1 hesabı ilə darmadağın edib.

 

Tarix
22 Oktyabr 2014 [16:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin