11 təyyarə və 6 gəmi Tayvana yaxınlaşıb

09:12 - 22 Fevral 2024 - DÜNYA

Tayvan hərbçiləri adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 11 təyyarəsi və 6 gəmisini qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin X səhifəsində yerləşdirilmiş məlumatda ​​deyilir.

İddialara görə, beş təyyarə Tayvan boğazının median xətti adlanan ərazini keçib və ya adanın hava hücumundan müdafiə zonasına daxil olub. Tayvan hərbçiləri hazır vəziyyətə gətirilib.

Xəbər xətti