Ana səhifə
20 Noyabr 2018

"Dağlıq Qarabağ üzrə dinc danışıqların alternativi yoxdur"

Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə qarşıdakı görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativsizliyini göstərməyi nəzərdə tutur. Ucnoqta.az xəbər verir ki, Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno prezidentlərin yaxın vaxtlarda keçiriləcək görüşünü şərh edərkən deyib.

Fransalı diplomat xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı təşəbbüs Prezident Fransua Olland tərəfindən onun may ayında Yerevan və Bakıya səfəri zamanı səsləndirilib.

Səfir qeyd edib: “Fransa Prezidentinin təşəbbüsü qəbul edildi və görüş yaxın günlərdə Parisdə keçiriləcək. Təfərrüatlara varmadan yalnız onu qeyd edim ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun axtarışları üzrə danışıqların məzmununa yeni təkan verməyə yönəlib. Bundan başqa, tərəflərin etimad ab-havası yarada bilmələri vacibdir. Görüş dinc danışıqların alternativi olmaması ilə bağlı bu vacib vəziyyətin bir daha təsdiqlənməsini nəzərdə tutur”.

 

Tarix
22 Oktyabr 2014 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin