Ana səhifə
22 Sentyabr 2018

"Apple" GSM operarorları "vurmağa" başladı

"Apple" şirkətinin yeni tətbiq etdiyi dəyişiklik sim nömrələrini bazardan çıxara bilər. Ucnoqta.az xəbər verir ki, ans-press -in məlumatına görə, şirkət ötən həftə təqdim etdiyi tablet modellərində, daha əvvəl heç bir cihazında istifadə etmədiyi bir texnologiyanı istifadə edib. "Apple SİM" adı verilən bu yeni tətbiq sayəsində istifadəçilər GSM operatorlarından sim kart almaq məcburiyyətində qalmır. 

Yeni "iPad" modellərində olan "Apple SİM" istifadəçilərə istədikləri zaman, istədikləri GSM operatoruna sim kart dəyişikliyi etmədən keçmələrinə imkan verir. 
"Apple"ın bu yeni tətbiqinin istifadəyə verilməsindən sonra istifadə etdiyimiz sim kartların dövrünün sona çatacağı iddia edilir. 
"Apple SİM" ilə razılıq əldə edən GSM operatorlarının sayı hazırda xeyli azdır. ABŞ-da yalnız "T-Mobile", "AT & T" və "Sprint" şirkətlə razılıq əldə edib. "Apple SİM" kartın nə zaman və hansı GSM operatorları ilə Azərbaycanda istifadəyə veriləcəyi isə hələlik bilinmir. 
Şirkətə yaxın qaynaqlardan gələn məlumatlara görə, "Apple" uzun müddətdə bu yeni tətbiqi bütün ağıllı cihazlarına tətbiq etməyi planlaşdırır.

Tarix
22 Oktyabr 2014 [15:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin