Ana səhifə
24 Sentyabr 2018

Tərtər rayonun sosial siması nəzərəçarpacaq dərəcədə dəyişib

Ümumi məhsul buraxılışının həcmi 108 milyon manat təşkil edib

 

 

2014-ci ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar Azərbaycanın dinamik inkişafından xəbər verir. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qoruyub, ölkə iqtisadiyyatı 3 faiz, qeyri-neft sektoru isə 7 faiz, əhalinin pul gəlirləri 4.8 faiz artıb. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə 2014-cü ildə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliynə görə 38-ci yerə layiq görülüb. 2014-cü ildə də sosial sahə prioritet sahələrdən olub. Əməkhaqqı, pensiya artıb, orta aylıq əməkhaqqı 600 dollara yaxınlaşıb, 400 min insana, yəni 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alıb.

Yoxsulluq və işsizlik 5 faiz təşkil edib. 2014-cü ildə 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilib. Ötən il 123 min iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. 2004-cü ildən bu günə qədər ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılıb.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi Tərtər rayonunda da uğurla davam etdirilib. Dövlət Proqramında rayon üçün nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, tikinti-quruculuq işlərinin aparılması sahəsində böyük nailiyyətlər əldə olunmuş, əhalinin rifah halı yüksəlib. Rayonun sosial siması nəzərəçarpacaq dərəcədə dəyişib. 2014-cü ildə bütün maliyyə mənbələri hesabına rayonda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 12.9 milyon manat olub ki, onun 12.2 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

 

Tərtər rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının, Qaz İstismarı Sahəsinin və YAP rayon təşkilatının binalarının tikintisi başa çatmış, son tamamlama işləri aparılıb. Olimpiya İdman Kompleksinin, Tərtər şəhərində 100 yerlik körpələr evi- uşaq bağçasının tikintisi davam etdirilib. Respublika Prezidentinin Sərəncamı ilə 5000 nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 km olan Cəmilli-Dəmirçilər kəndarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılıb. Uzunluğu 7 km olan 4 yaşayış məntəqəsini birləşdirən Qapanlı-Seysulan yolunda süni qurğuların, torpaq yatağının, asfalt beton örtüyünün alt qatının tikintisi davam etdirilir, 2 km uzunluqda asfalt beton örtüyünün alt qatı salııb. Şəhərin H.Əliyev prospektində 4 km, M.Əsədov küçəsində 0.8 km, M.Hüseynzadə küçəsində 0.6 km yola asfalt örtüyü salınıb. Uzunluğu 7 kilometr olan Hacallı-Qapanlı yolunda 2 km və uzunluğu 9 km olan İsmayılbəyli-Evoğlu yolunda 5 km yolda çınqıl örtüyü ilə təmir işləri yerinə yetirilib. Qaradağlı-Bayandurlu- Kəbirli-Xoruzlu kəndarası yolunda 10 km, Sarov- Borsunlu yolunda 10 km, Qaynaq-Qapanlı-Qazyan yolunda 15 km, Səhləbad-Əskipara yolunda 4 km, Azad Qaraqoyunlu-Qapanlı- İlxıçılar-Köçərli yolunda 8 km yollarda cari təmir işləri aparılaraq çınqıl örtüyü salınıb, qreyderlə hamarlanıb.

2014-cü ildə şəhərin mərkəzi meydanı yenidən qurulub, 8.2 min kvadratmetr sahə tamet daşı ilə üzlənib, yağış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətləri çəkilib, prospektdə və şəhərin digər məhəllələrində 3 km su xətləri yenilənib. Heydər Əliyev meydanında və “Heydər Əliyev parkı”nın ətrafında 39 ədəd müasir tipli işıqlandırma sistemi quraşdırılmışdır. Prospektdə uzunluğu 4 km olan səkilərə 7.5 min kvadratmetr tamet daşı döşənib. “Heydər Əliyev parkı”nda uşaqlar üçün əyləncə mərkəzi yaradılmış, karusel quraşdırılıb. H.Əliyev prospektində rayon icra hakimiyyətinin və daha 4 iri həcmli binaların dam örtüyü sökülərək müasir mansart üslubunda yenidən qurulub, rayon icra hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri aparılıb. Şəhərin V. Hüseynov küçəsində yerləşən 5 mərtəbəli 36 mənzilli, Nizami küçəsində yerləşən 4 ədəd 2 mərtəbəli 16 mənzilli yaşayış binalarının və şəhər 6 saylı tam orta məktəb binasının dam örtüyü əsaslı təmir olunaraq müasir mansart üslubunda qurulub. Nizami, V. Hüseynov, Ə. Paşayev və E.Səfərov küçələrində kommunal yaşayış binalarının yerləşdiyi ərazilərdə sakinlər tərəfindən qanunsuz və pərakəndə şəkildə tikilmiş müxtəlif təyinatlı, kiçik həcmli tikililər sökülərək, təmizlənib genişləndirilib, həmin sahələrə yüzlərlə maşın torpaq daşınaraq hamarlaıb. Hər dörd küçədə “Nümunəvi məhəllə” yaradılıb. Burada mini futbol meydançası inşa edilmiş və digər idman qurğuları quraşdırılıb.

Ərazidə sakinlərin istirahəti üçün park yaradılıb, səkilər və meydançalar salınıb. M.Hüseynzadə, M.Əsədov, R.Mürsəlov, F.Qulami, T.İsmayılov küçələrində və təmas xəttinə ən yaxın məsafədə yerləşən Qapanlı, Qazyan, Hüseynli, Dəmirçilər, Borsunlu kəndlərində ümumi uzunluğu 8.5 km olan gecə işıqlanması quraşdırılıb.

TĞərtər şəhərinin T.İsmayılov küçəsindən keçən, əvvəllər bərbad vəziyyətdə olan Seysulan arxının 350 metrlik hissəsi beton kanala alınıb və ətrafında səliqə-sahman işləri görülüb. M. Əsədov küçəsində 1600, M. Hüseynzadə küçəsində 450, T. Ismayılov küçəsində isə 950 metr məsafədə istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənib. H.Əliyev prospektində Şahmat məktəbinin tikintisinə, bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi 3 mərtəbəli inzibati binanın əsaslı təmir işləri aparılıb.

2014-cü ildə rayonda ekoloji tarazlığın qorunması məqsədilə yaşıllaşdırma işləri diqqət mərkəzində saxlanılıb, 38500 müxtəlif növ ağac və 7000 ədəd gül kolları əkilib. 2014-cü ilin oktyabr-noyabr aylarında “İdeya” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayon ərazisində 9200 ədəd müxtəlif növlü ağac əkilib. Belə tədbirlər 2015-ci ildə də davam etdiriləcəkdir.

Görülən məqsədyönlü işlər nəticəsində 2014-cü ildə rayonda 1235 yeni iş yeri açılıb ki, onun da 457-i daimi iş yeridir. Yeni açılmış iş yerindən 21-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 436-ı fiziki şəxslərdə, 778-i isə digər tədbirlər üzrə sahələrdə olub.

 

Ötən il Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən rayonda aparılmış əməliyyatlar nəticəsində 2 milyon 792 min 477 kvadratmetr ərazi təmizlənmə və ləğvetmə üsulu ilə təmizlənmiş, 11 ədəd mina və partlamamış hərbi sürsatlar aşkar edilərək zərərsizləşdirilib.

 

Hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 108 milyon manat təşkil edib.. 2013-cü ilə nisbətən ümumi məhsul buraxılışının həcmi 0.7 faiz artıb. Məhsul buraxılışının 87.9 faizi qeyri-dövlət sektorunda istehsal edilib. Ümumi məhsul buraxılışının 6.3 milyon manatını sənaye, 44.2 milyon manatını kənd təsərrüfatı, 12.2 milyon manatını tikinti-quraşdırma işləri, 39.03 milyon manatını ticarət xidmətləri, 5.5 milyon manatını nəqliyyat, 0.5 milyon manatını rabitə təşkil edib.

 

Tarix
10 İyun 2015 [22:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin