Ana səhifə
14 Noyabr 2018

Qiymətli kağızlar bazarında onlayn nəzarət olacaq

Ucnoqta.az xəbər verir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qiymətli kağızlar bazarında manipulyasiyaların qarşısını almaq üçün əqdlərə onlayn nəzarət edəcək. Bu barədə jurnalistlərə məlumat verən komitənin tədavülün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev 2015-ci ildə yaradılması və tətbiqi nəzərdə tutulan bu sistemin üstünlüklərindən danışıb.
“Hazırda ticarətə onlayn nəzarət olunmadığından bir sıra manipulyasiyaların qarşısını almaq mümkün deyil. Odur ki, bu müasir sistemi tətbiq etməyi nəzərdə tuturuq. Bu sistem vasitəsilə ticarətə real vaxt rejimində nəzarət etmək mümkün olacaq. Məlumatlar daha dərindən təhlil ediləcək və qabaqlayıcı tədbirlərin gücləndirilməsinə şərait yaranacaq”-deyə şöbə müdiri bildirib.

 

AzərTAc

Tarix
22 Oktyabr 2014 [15:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin