Ana səhifə
21 Noyabr 2018

4-cü Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı keçiriləcək

Oktyabr ayının 24-25-də Qarabağ bölgəsində - mərkəzi Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsi olmaqla yaxın rayonların (Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan, Xocalı) həkimlərinin iştirakı ilə 4-cü Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı keçiriləcək.

 

Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastreonteroloji Vakfının birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının yaxından dəstəyi ilə baş tutacaq konfrans Qarabağ bölgəsinin həkimlərinin gastreonteloji, ağciyər, böyrək xəstəlikləri və s. məsələlərlə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir və s. şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsi aparmalarına dəstək məqsədi daşıyır. Tədbir həmçinin respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq-quruculuq işləri ilə, Qarabağ bölgəsinin tarixi və adət-ənələrini tanıtmaq məqsədi də daşıyır
Qeyd edək ki, ATXƏM-lə TGV daha öncə 2008-ci ildə Gəncə və Bakı şəhərlərində, 2010-cu ildə isə Naxçıvanda Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix mövzusunda beynəlxalq konfranslar həyata keçirib.

Tarix
22 Oktyabr 2014 [15:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin