Ana səhifə
20 Sentyabr 2018

Toyun səhəri yatağında sevdiyi qızı yox, eybəcər qoca arvadı görən kişi... (FOTO)

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının R.Behbudov adına Mahnı Teatrında yeni tamaşasının premyerası keçirilib.

 

 

 

Ucnoqta.az-ın məlumatına görə, Molla Nəsrəddin lətifələrinin motivləri əsasında hazırlanan "Nəsrəddin evlənir..?" adlı tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xaqani Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, xoreoqrafı Ramiq Nəsirov, rejissor asisstenti Samirə Hacıyevadır.

 

Birhissəli məişət komediyası janrında hazırlanan səhnə əsərində əməkdar artisti Vaqif Kərimov (Əzrayıl), Elçin Hacıyev (Molla Nəsrəddin), Ceyhun Əliyev (Məmmədəli) Rövşən Cəfərov (Lotu) Şəbnəm Cəbrayılova (Mollanın sevgilisi) və başqa gənc aktyorlar çıxış ediblər.

 

Sevdiyi qızı yuxusunda görən Nəsrəddini Əzrayıl oyadıb onu özü ilə o biri dünyaya aparmağa gəldiyini bildirir. Çox cavan olduğunu, hələ də evlənmədiyini bildirən Nəsrəddinin yalvarışlarından yumşalan Əzrayıl, ona evlənmək üçün üç gün vaxt verir. Dərdini Lotulara danışıb onlardan kömək istəyən Nəsrəddin toy gününün səhəri oyanıb yatağında sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər və qoca arvadı görəndə aldanıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.

Tarix
10 İyun 2015 [10:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin